Qarabağ qazisi Qabil Əsgərov vəfat edib - VİDEO

Qarabağ qazisi Qabil Əsgərov vəfat edib - VİDEO backend

Qarabağ qazisi Əsgərov Qabil İslam oğlu vəfat edib.

Qaziler.az xəbər verir ki, bu barədə Qabil Əsgərovun döyüş yoldaşı Rey Kərimoğlu məlumat verib. O bildirib ki, 1955-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində doğulan Qarabağ qazisi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib:

“Bizim döyüş yoldaşımız idi. Azərbaycanın Milli Qəhrəmanı, ilk nizami özünümüdafiə batalyonunu yaradan polkovnik leytenant şəhid Şirin Mirzəyevin ən yaxın silahdaşlarından olub. Şixbabalı rotasının komandiri olub. Qarabağda gedən bir çox döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərib. İlk yaradılan ordumuzun formalaşmasında müstəsna xidmətləri çox olub”.

 “Qarabağ qaziləri” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun, QAZİLER.AZ saytının kollektivləri Q.Əsgərovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir!

Allah rəhmət eləsin!

QAZİLER.AZ

Diaspora