Sentyabrın 16-da Xorvatiyaya 1200 miqrant gəlib.
APA-nın verdiyi məlumata görə, bu barədə Xorvatiyanın Daxili İşlər Nazirliyi açıqlama yayıb. Gələnlər arasında 184 uşaq və 189 qadın qeydə alınıb.Qeyd olunur ki, Macarıstan hökumətinin Serbiya ilə sərhəddə tətbiq etdiyi sərt tədbirlər Şimali Afrika və Yaxın Şərqdən olan qaçqınları Serbiya-Xorvatiya sərhədinə üz tutmağa vadar edib.