"Bu gün ruslar vaxtilə Azərbaycan torpaqlarında erməni dövləti yaratmağın bədəlini ödəyirlər"

"Bu gün ruslar vaxtilə Azərbaycan torpaqlarında erməni dövləti yaratmağın bədəlini ödəyirlər" backend

Rusiyanın Ukraynaya qarşı aprdığı işğalçı müharibənin ilk günündən Ermənistan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq ona müxtəlif yollarla “yardım” edir. Bir anlıq təsəvvür edin ki, bu qədər sanksiyalar fonunda Azərbaycan Rusiyaya belə bir yardım göstərsəydi nələr baş verərdi - heç şübhəsiz, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar artıq çoxdan və eyni səviyyədə Azərbaycana tətbiq olunardı. 

 

Qərb Qarabağ münaqişəi başlayan gündən indiyə qədər Ermənistanı dəstəkləyir, onu himayə edir, Azərbaycanın Qarabaq həqiqətlərinə göz yumur, onu görməzdən gəlir. Biz artıq uzun illərdir ki, Qərbin  iyrənc ikili standartlarının şahidiyik. Bu gün Ermənistan Qərbin Rusiyaya qarşı bu qədər sərt sanksiyalarına baxmayaraq ona açıq şəkildə kömək etməklə əslində Qərbin üzünə sərt bir sillə vurur. Ancaq Qərb hələ ki, buna susur. Ermənistanın Rusiyaya bu şəkildə dəstəyi də bu ölkənin Rusiya sevgisindən irəli gəlmir. Ermənilərin bu gün ruslara kömək etmək niyyəti yoxdur, onların ali məqsədi, sadəcə olaraq, Rusiya ətrafında yaranmış vəziyyətdən bəhrələnərək, daha çox qazanc əldə etməkdir. Bu gün Ermənistan Rusiyanın düşdüyü durumu dəyərləndirib, öz çirkin oyununu oynayır. O bir tərəfdən sanksiyalara qarşı gedərək Rusiyaya “yardım” göstərir, digər tərəfdən Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyır və bununla da Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə qərarını tanıyır.

 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. İlk baxışda çox ciddi bir paradoksdur - deyilmi? Ancaq əslində bu erməni xislətinin iç üzüdür. 

 

Ermənistan adlı dövləti bu regionda ruslar yaradıblar. Lakin onlar zamanilə bu addımları atarkən ermənilərin “nəyə qadir olduqlarını” yaxşı dəyərləndirə bilməyiblər. Bu gün ruslar vaxtilə Cənubi Qafqazda, Azərbaycan torpaqlarında erməni dövləti yaratmağın bədəlini ödəyirlər. Rusiyanın bir dövlət kimi süqutunun yaxınlaşdığı bir zamanda ermənilərin onlara qarşı oynadıqları oyunlar – rusların ermənilərdən haqq etdikləridir. Bizdə bir yaxşı atalar məsəli var - “nə tökərsən aşına, o da çıxar qaşığına”. Bu gün rusların vaxtılə öz aşlarına tökdükləri öz qaşıqlarına çıxır. Burada təəəccüblü heç nə yoxdur. Buna o adamlar təəccüb edə bilərlər ki, onlar erməni xislətinin “incəliklərini” yaxşı bilmirlər.

 

İndi Rusiya Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmaq istəyir. Buyursun – biz onsuz da ata-baba torpaqlarımızı geri almaqda israrlıyıq. Sadəcə bizə gərək olan budur ki, yaranmış tarixi durumdan istifadə edib, bu işi indi edək, yoxsa sonra gec olar və bu məsələnin həlli yenidən uzun müddətə təxirə düşə bilər.

 

Qafqazda erməni dövləti bütün region üçün və bu regionda yaşayan bütün xalqlar üçün böyük bir təhdiddir. Rusiya axır əvvəl öz tarixi yanlışını düzəltməyə məhkumdur. Qərb də öz növbəsində erməni xislətini yaxşıca anlamağa məhkumdur. Əks halda ermənilər ilk imkanda onların üzünə, bu günkü kimi sillə vuracaqlar.

 

Fikrət Yusifov, iqtisadçı professor, sabiq maliyyə naziri

moderator.az

Diaspora