Qazi və şəhid ailələrinin dərmanlarla pulsuz təmini təklif edilib

Qazi və şəhid ailələrinin dərmanlarla pulsuz təmini təklif edilib backend

Dərman vasitələrinin ölkəyə gətirilməsi asanlaşdırılmalıdır. Ölkədə bir çox dərman preparatlarının çatışmazlığı var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, bəzi dərman vasitələrini əldə etmək çətindir, bəzən dərman vasitələrinin keyfiyyəti ilə bağlı şikayətlər olunur.

 

“Dərman vasitələrinin qiymətləri ilə bağlı da şikayətlər var. Biz TƏBİB-lə danışmalıyıq, bəlkə qazi və şəhid ailələri dərmanlarla pulsuz təmin edilsinlər. İcbari Tibbi Sığorta Fondunun imkanları genişlənir. Bəlkə qazilər, əlillər, təqaüddə olan insanlar üçün tədricən dərman vasitələri pulsuz təmin edilsin”, - deyə o əlavə edib.

Diaspora