Ağır yaralanan qazimiz Mustafayev Elşən Dilavər oğlunun “YAŞAT” Fondu tərəfindən müalicə xərcləri qarşılanıb və məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.