Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirlərində iştirak edəcək

Polad Bülbüloğlu Dərbəndin yubiley tədbirlərində iştirak edəcək backend

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dərbənd şəhərinin 2000 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.


APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin yubileyi sentyabrın 19-da baş qeyd olunacaq.

Yubiley tədbirlərində Rusiyanın müxtəlif regionlarından və xaricdən 40 nümayəndə iştirak edəcək. Gün ərzində şəhərin Azadlıq meydanında ənənəvi festival keçiriləcək.

Bayramın ən mühüm hadisəsi “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kremlin darvazasına qədər” 1000 illik musiqili teatr xronikası olacaq. Şouya qala sərhədlərindən kənarda da baxmaq mümkün olacaq. Bunun üçün şəhərin müxtəlif hissələrində LED-ekranlar quraşdırılacaq və birbaşa yayım təşkil ediləcək.
Diaspora