Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib

Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib backend

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin dəfn yeri dəyişdirilib.

"Report" xəbər verir ki, onun həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə mərhum "Qurd Qapısı" qəbristanlığında dəfn olunacaq. O, Əməkdar artist Tünzalə Əliyevanın qəbrinə yaxın ərazidə torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən gün mərhumun yaxınları O.Əliyevin Mehdiabad qəbiristanlığında, babasının yanında dəfn olunacağını bildirmişdi.

Qeyd edək ki, Oqtay Əliyevin Mehdiabad qəbiristanlığında dəfn ediləcəyi bildirilmişdi. 

Diaspora