Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq backend

Sabah Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcək.

Qeyd edək ki, RDM-in mütəxəssisləri tərəfindən həyata keçirilən bu regional aksiya artıq ənənəyə çevrilib.
Diaspora