Naxçıvan daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.
Tədbirdə Vətən müharibəsinin 11 iştirakçısı, şəhid ailəsinin 5 üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.