Bakıda əməliyyat: Üç silahlı şəxs saxlanıldı

Bakıda əməliyyat: Üç silahlı şəxs saxlanıldı backend

Onlardan 2 ədəd “Kalaşnikov” avtomatı və 1 ədəd tapança aşkar edilib

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov tutularaq istintaqa təqdim ediliblər. Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı,1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub. Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər. Araşdırma zamanı saxlanılan şəxslərdən biri - Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

 

Diaspora