Son iki ayda əmək müqavilələrinin sayında 7,9 min artım olub

Son iki ayda əmək müqavilələrinin sayında 7,9 min artım olub backend

QAZILER.AZ saytına bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında əməkhaqqı fondu 5,2 faiz artıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsinə imkan yaradıb.

Bu ilin yanvar-fevral aylarında ölkəmizdə əmək müqavilələrinin sayı 7,9 min və ya 0,5 faiz artaraq 1 mart 2023-cü il tarixinə 1 754 011 müqavilə təşkil edib.

Qeyd olunan müsbət nəticələr, aparılan ardıcıl əməkhaqqı islahatları əməkhaqqı fondunda davamlı artımı şərtləndirir. Son iki ayda da əməkhaqqı fondunda 5,2 faiz artım baş verib.

 

Diaspora