İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb

İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalıb backend

Cari ilin 8 ayında Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb


ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ökədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma cari ilin avqust ayında da davam edib. Belə ki, ötən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır. Həmçinin qeyd olunan hadisələr nəticəsində xəsarət alanların 7,1 faiz azalıb.
Ümumilikdə cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının sayının azalması istiqamətində tədbirlərin davamı olaraq Xidmət tərəfindən cari ilin sentyabr ayı ölkədə “Təhlükəsiz iş aylığı” elan olunub.
Diaspora