"İranla əlaqəli yaranan vəziyyətdən sonra rəsədxana da getdi öz işinə...".
Qaziler.az xəbər verir ki, bu fikirlər ilahiyyatçı Elşad Miriyə məxsusdu. Dinşunas alim artıq Azərbaycanda da Ramazanın Türkiyə ilə eyni vaxtda gedəcəyini paylaşıb:
"Allahşükür Paşazadənin rəhbərlik etdiyi qurum Ramazan ayının daxil olduğu günü Türkiyə ilə eyni gündə başlayacağını elan edib. Mart ayının 23-ü Quranın gəlməyə başladığı ay olan Ramazanın birinci günüdür. Allah həmin ayı Quranı dərk edərək oxuyub, anlayıb, yaşayayanlardan etsin!".
Qeyd edək ki, artıq ölkədə builki Ramazan ayının təqvimi açıqlanıb. Təqvimə görə, Ramazan ayı martın 23-də başlayacaq. Aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
QAZİLER.AZ