Yağışlı hava davam edəcək- HAVA

Yağışlı hava davam edəcək- HAVA backend

Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında buludlu hava üstün təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağma ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 24-28 dərəcə, dağlıq rayonlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq.
Yağışlı hava şəraiti sentyabrın 19-a kimi davam edəcək.
Diaspora