Sentyabrın 16-da İran İslam Respublikasının sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasianın Bakıya səfəri başlayıb.
Nazirlikdən verilən məlumata görə M.Kərbasian səfər zamanı Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və İran arasında sənaye və mədənlər sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.