Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub

Son iki ayda DSMF-nin xərcləri 13 faiz və ya 114 mln. manat çox olub backend

Sosial sığorta daxilolmaları proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 2 ayında proqnozla müqayisədə 8,2 faiz və ya 75,1 mln. manat çox olmaqla 993,5 mln. manat təşkil edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-fevral aylarında proqnoza nisbətən 11 faiz və ya 76 mln. manat artaraq 747,3 mln. manat olub.

Son 2 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 114 mln. manat artaraq 993 mln. manata çatıb.

Diaspora