Azərbaycan nümayəndə heyətimiz Həstərxana gəlib

Azərbaycan nümayəndə heyətimiz Həstərxana gəlib backend

Azərbaycanın bir sıra nazirliklərinin (ekologiya və təbii sərvətlər, iqtisadiyyat və sənaye, təhsil, mədəniyyət və turizm, rabitə və yüksək texnologiyalar nazirliklərinin) və respublika KİV-lərinin təmsilçilərindən ibarət nümayəndə heyəti sentyabrın 16-dan 20-dək Rusiyanın Həştərxan şəhərində keçiriləcək Birinci Xəzər Media Forumunun işində iştirak etmək üçün buraya gəlib.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edəcəklər. Əməkdaşlığın müxtəlif formalarının perspektivləri, birgə informasiya layihələrində iştirak, informasiya mübadiləsi və digər məsələlərinin müzakirə ediləcəyi Forum çərçivəsində mühazirələr, “dəyirmi masa”lar və stend diskussiyaları nəzərdə tutulur. Görüşün məqsədi təcrübə mübadiləsi, Xəzər regionunda birgə tədbirlərin planlaşdırılması və KİV-lərin auditoriyasının genişləndirilməsi məsələləridir.

Forumun əsas sessiyaları sentyabrın 17 və 18-də keçiriləcək.
Diaspora