Qazilərin layihəsi davam edir...

Qazilərin layihəsi davam edir... backend

Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində II konfransını keçirib.

Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov konfransı açaraq bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına onun sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

Qazilərin problemlərindən danışan E.Əsədov birinci konfrans zamanı qaldırılan bir çox məqamlara toxunub. O, bildirib ki, I konfrans zamanı Qazilər tərəfindən səslənən fikirləri ümumiləşdirilərək müvafiq dövlət strukturunun rəhbərlərinə müraciətlər edilib.

Layihənin məqsədindən danışan “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov
əsas məqsədlərinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib.

İştirakçılara layihə çərçivəsində hazırlanmış buklet paylanıb.

Qeyd edək ki, növbəti və sonuncu konfrans isə sentyabrın axırında baş tutacaq.
Diaspora