Ölkəmiz beynəlxalq tədbirlərdə təmsil olunacaq

Ölkəmiz beynəlxalq tədbirlərdə təmsil olunacaq backend

Sentyabrın 16-17-də Qazaxıstanın Aktau şəhərində "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II Beynəlxalq Forum və "TÜRKSOY" beynəlxalq mədəniyyət təşkilatının dəstəyi ilə "Tarixi hadisələrin və əfsanələrin Mangistaunun turist obyektlərinin toponimikasına təsiri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.



Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyevin və sektor müdiri Mahir Qəhrəmanovun iştirakı nəzərdə tutulur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Xəzəryanı regionda turizmin inkişafı perspektivləri" adlı II Beynəlxalq Forumda mehmanxanaların idarəetməsi və mehmanxanaların təsnifatı üzrə xarici ölkələrin ekspertləri tərəfindən geniş təqdimat keçiriləcək və aidiyyəti sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq, eləcə də "TÜRKSOY" beynəlxalq mədəniyyət təşkilatının dəstəyi ilə keçiriləcək elmi-praktiki konfransda tarixi hadisələrin və əfsanələrin turizmdə istifadə imkanlarına və təcrübəsinə dair müzakirələr aparılacaq.
Diaspora