Cəbhə bölgəsində yerləşən kənddə ilk dərs günü

Cəbhə bölgəsində yerləşən kənddə ilk dərs günü backend

Düşmənin tez-tez atəşə tutduğu Tovuz rayonunun Hacallı kəndindəki tam orta məktəbdə 400-dən çox şagird təhsil alır. Onlardan 53 nəfəri bu gün ilk dəfə parta arxasında əyləşib. Hacallı kəndinin cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, burada yeni dərs ili yüksək əhval-ruhiyyə ilə başlayıb.



AZƏRTAC xəbər verir ki, Bilik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən müəllimlər bu il də təhsili yüksək nailiyyətlərlə başa vuracaqlarını bildiriblər. Sakinlər qeyd ediblər ki, erməni silahlıları kəndi atəşə tutmaqla təhsil ocağında dərsə mane olmağa çalışsalar da, Azərbaycan əsgəri düşmənə tutarlı cavab verərək bu təxribatın qarşısını ala bilir. Qüdrətli ordumuza güvənən şagirdlər doğma məktəbdə elmin sirlərini həvəslə öyrənirlər.
Diaspora