Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub

Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub backend

Sentyabrın 15-də Bakı Modern Məktəbinin yeni tədris korpusunun açılışı olub. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.


Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətində görülən işlərdən bəhs ediblər.

Qeyd edək ki, 2012-2013-cü tədris ilindən fəaliyyətə başlayan sözügedən təhsil ocağında Azərbaycan, rus və ingilis dillərində həyata keçirililən tədris proqramı ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.
Diaspora