Benilüks Azərbaycanlılar Konqresinin tərkibində yeni təşkilatın fəaliyyətinə start verilib. Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondu adı altında fəaliyyət göstərəcək yeni qurumun mənzil qərargahı Niderlandın Haaqa şəhərindədir. Qurumda tanınmış siyasətçilərin, ictimai xadimlərin və cəmiyyətdə fəal olan insanların birləşdirilməsi nəzərdə tutulur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondunun müxtəlif ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı, Avropadakı insan haqları institutları ilə geniş əməkdaşlığının qurulması, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi 2006-cı ildə Amsterdam şəhərində yaradılıb. Təşkilat Belçika, Niderlan və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirir. Konqresin sədri Sahil Qasımovdur.