Monteneqro nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Monteneqro nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTO backend

Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Əmək və Əhalinin Sosia Müdafiə Nazirliyindən Qaziler.az-a bildirilib ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar. “Türk şəhidliyi” abidəsini ziyarət edən nümayəndə heyəti “Şəhidlər" məscidində də olub.

loading...
Diaspora