Bloger Səbuhi Xanlarov həbs olunub.
Apa xəbər verir ki, Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Bloger barəsində inzibati qaydada 15 sutkalıq həbs qərarı verilib.
Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Apa-ya təsdiq edib.
Xəbəri ilk olaraq manset.az saytı yayıb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
