Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinləri ziyarət olunub - FOTO

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi sakinləri ziyarət olunub - FOTO backend

Od çərşənbəsi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ziyarət olunub, müəssisənin həyətində ağacəkmə tədbiri keçirilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub.

Ahıllarla görüşən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli,  ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Od çərşənbəsi münasibətilə onlara təbriklərini ifadə ediblər.

Görüşdə ölkəmizdə ahıllarının diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb. Prezident İlham Əliyevin yaşlı, ahıl insanlara xüsusi qayğısının nəticəsi olaraq bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara yönələn sosial ödənişlərin artırılması istiqamətində atılan addımlardan bəhs olunub. Son 5 ildə ölkəmizdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə,  yaşa görə müavinətlərdə 3 dəfə artım olduğu qeyd olunub.

Tənha ahıl vətəndaşlara evlərində sosial-məişət xidməti göstərildiyi, həmçinin 200-dən çox ahılın yaşadığı bu sosial xidmət müəssisəsində ahıl şəxslərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradıldığı, müəssisə üçün 5 mərtəbəli 170 yerlik əlavə korpus da tikilərək istifadəyə verildiyi bildirilib. Heydər Əliyev Fondu tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin daim diqqət və qayğı ilə əhatə olunması üçün aparılan işlər diqqətə çatdırılıb.

Görüşdən sonra hər iki nazirliyin nümayəndələri və könüllülərin, habelə ahıl sakinlərin iştirakı ilə müəssisənin həyətində müxtəlif növlərdə ağaclar əkilib.

Diaspora