Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi - Politoloq

 Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi -  Politoloq backend

V.Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatları, Suriyada hərbi uğurları onu postsovet məkanını nəzarət altına alaraq yeni dünya düzənində öz təsir dairəsini formalaşdırmaq strategiyasını həyata keçirməyi ortaya qoydu.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.

"Rusiyanın Ukraynaya qarşı işğalını stimullaşdıran və V. Putini arxayın salan əsas məqamlardan biri ABŞ Əfqanıstandan geri çəkilməsidir. Vaşinqtonun Əfqanıstanda Talibana hakimiyyəti təhvil verməsi, V. Putin tərəfindən məğlubiyyət kimi qəbul edildi.

V.Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi əməliyyatları, Suriyada hərbi uğurları onu postsovet məkanını nəzarət altına alaraq yeni dünya düzənində öz təsir dairəsini formalaşdırmaq strategiyasını həyata keçirməyi ortaya qoydu.

Yeni dünya nizamında Rusiyanın fövqəldövlət statusu alması mümkün görünmür. Demək olar V. Putin Rusiyanı bu statusu almaqdan məhrum etdi. V. Putin reallaşdırdığı siyasət Rusiyanı daxili siyasi təlamütlərə və subyektlərin müstəqillik uğrunda mübarizəsinə gətirib çıxara bilər. Rusiyanın fövqəldövlət olması mümkün deyil", - deyə politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora