"N.Tusi adına Klinika" MMC-nin bazasında iki şirkət yaradılıb.
"Report" xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Birincisi "N.Tusi adına Klinika" MMC-dir. O, yenidən təşkil olunub və nizamnamə kapitalı 5 min manat azaldılaraq 5 min manata endirilib.İkincisi isə "N.Tusi adına Hospital" MMC-dir.
Bildirilir ki, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 53 ünvanına bildirə bilər.
Xatırladaq ki, "N.Tusi adına Klinika" 2002-ci ildə yaradılıb. Onun qanuni təmsilçisi Asif Qurban oğlu Qurbanovdur.