Azərbaycanın guya Laçın yolunu bağlamasına dair Ermənistanın iddiaları əsassızdır

Azərbaycanın guya Laçın yolunu bağlamasına dair Ermənistanın iddiaları əsassızdır backend

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

QAZİLER.AZ AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə deyib.

Həmçinin görüşdə hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.

 

 

Diaspora