Bu gün "Qarabağ qaziləri" İctimai Birliyinin nümayəndələri Türkiyənin ölkəmizdəki səfirliyində olub, səfir Cahit Bağçı ilə görüşərək qardaş ölkənin dəhşətli zəlzələlərdə çox sayda insan tələfatı ilə bağlı başsağlığı veriblər.
Bununla bağlın səfirliyin tvitter və feysbuk hesabında məlumat verilib. Qeyd olunub ki, “Qarabağ Qazıları” İctimai Birliyi ölkəmizdə baş verən zəlzələlərlə əlaqədar səfirliyə gələrək başsağlığı veriblər. "Onlar bu çətin günlərdə Türkiyənin və türk millətinin yanında olduqlarını bildirib, ianə qəbzlərini təqdim ediblər".
Məsələ ilə əlaqədar olaraq Qaziler.az saytı birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu ilə əlaqə saxlayıb. "Təbii fəlakətlə bağlı Türkiyəyə imkanımız daxilində maddi yardım etmişik. Yardımlar bundan sonra da davam edəcək. Bu gün birliyin sədri Asəf Əliyevin başçılığı ilə Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinə getdik və başsağlığı verərək həmişə Türkiyə xalqının yanında olduğumuzu bildirdik", - dedi.
Xatırladaq ki, "Qarabağ qaziləri" İctimai Birliyi qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə 19200 manat pul toplayaraq onu "Ziraatbank"da zəlzələ ilə bağlı açılan hesab nömrəsinə köçürüb.
QAZİLER.AZ


