Şəhid atası oğlunun adından qardaş Türkiyəyə yardım göndərdi

Şəhid atası oğlunun adından qardaş Türkiyəyə yardım göndərdi backend

Xəbər verdiyimiz kimi, "Qarabağ qaziləri" İctimai Birliyi qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə 19200 manat pul toplayaraq  onu "Ziraatbank"da zəlzələ ilə bağlı açılan hesab nömrəsinə köçürüb.

Birliyin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, 44 günlük Vətən müharibəsi  şəhidi Göyüşov Sərvanın atası Göyüşov Mehman da qardaş ölkəyə yardıma qoşulanlar arasındadır. Şəhid atası Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımla bağlı açılan hesaba öz adından 50, şəhid oğlunun adından isə 200 manat köçürüb.

Qeyd edək ki, Mehman Göyüşovun qardaşı da Birinci qarabağ müharibəsində şəhid olub.

Xatırladaq ki, Ağdam rayonundan olan Vətən müharibəsi şəhidi, 23 yaşlı leytenant Sərvan Mehman oğlu Göyüşov 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Ruhu qarşısında baş əyirik!

QAZİLER.AZ

Diaspora