"Qarabağ qaziləri" İctimai Birliyi qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə 19200 manat pul toplayaraq onu "Ziraatbank"da zəlzələ ilə bağlı açılan hesab nömrəsinə köçürüb.
Bu barədə "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib.
Asəf Əliyev eyni zamanda bildirib ki, Türkiyədə zərərçəkənlərə dəstək məqsədi ilə iki TIR həcmində isti geyimlər, yorğan-döşək və digər lazım olan əşyalar göndərilib.
Qurumun sədri qeyd edib ki, yardımlar bundan sonra da davam edəcək.
QAZİLER.AZ