DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ saytına verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 22 sentyabr 2015-ci il tarixdə, saat 11:00-da Lerik şəhərindəki Mədəniyyət Evində Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Lerik rayon şöbəsində (02527) 4-40-31
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-13-35
Masallı rayon şöbəsində (02521) 5-46-35
Yardımlı rayon şöbəsində (02520) 6-12-33
Qəbulda iştirak edəcək vətəndaşların sentyabrın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.