Avropada azərbaycanlıların insan haqları üzrə yeni təşkilatı yaradılıb

Avropada azərbaycanlıların insan haqları üzrə yeni təşkilatı yaradılıb backend

Niderlandda azərbaycanlıların yeni diaspor təşkilatı fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Benilüks Azərbaycanlılar Konqresinin (BAK) tərkibində yeni təşkilatın fəaliyyətinə start verilib.

Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqqları Fondu adı altında fəaliyyət göstərəcək yeni qurumun mənzil qərargahı Niderland Krallığının Haaqa şəhərindədir. Qurumda tanınmış siyasətçilərin, ictimai xadimlərin və cəmiyyətdə fəal olan insanların birləşdirilməsi nəzərdə tutulur.

Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqqları Fondunun müxtəlif ölkələrdə keçirilən seçkilərdə Beynəlxalq müşahidəçi qismində iştirakı, Avropadakı İnsan haqqları İnstitutları ilə geniş əməkdaşlığının qurulması, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi 2006-cı ildə Amsterdam şəhərində yaradılıb. Təşkilat Belçika, Niderlan və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirir. Konqresin sədri Sahil Qasımovdur
Diaspora