Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub.
Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayının 23-də olacaq.
Aprelin 21 və 22-si Ramazan bayramıdır.
Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, Ramazan bayramı günləri iş günü hesab edilmir.

