23 fevralı bayram edənlərin Xocalı soyqırımında əlləri var - Azər Həsrət

23 fevralı bayram edənlərin Xocalı soyqırımında əlləri var - Azər Həsrət backend

"Kimlərsə bu günü bayram edəcəksə, bilsinlər, onlar da Xocalı soyqırımında ermənilər və ruslarla birlikdədirlər demək ki...".

Qaziler.az xəbər verir ki, bu fikirləri Əməkdar jurnalist Azər Həsrət feysbuk səhifəsində yazıb. O, Xocalıda tökülən qanlarda 23 fevralı bayram edənlərin əli olduğunu belə izah edib:

"Bu gün lənət imperiyası Rusiyanın 23 fevral bayramıdır. Özləri bilərlər, etsinlər bayram. Hərçənd onların “vətən müdafiəçisi” dediyi “soldat”ları müdafiəçi deyil, işğalçıdır və bu gün də Ukraynanı işğal etmək üçün dəridən - qabıqdan çıxırlar. Amma Ukrayna da Ukraynadır axı. Urusun burnunu necə lazımdır əzir. Nə isə, bu 23 fevralı qara gəlmişlər həm də - əsla unutmayaq! - 26 fevral 1992-ci ildə ermənilərlə birləşib başımıza Xocalı fəlakətini - faciəsini gətiriblər axı! İndi kimlərsə çıxacaq, bu günü Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü kimi “bayram” edəcəksə, bilsinlər, onlar da Xocalı soyqırımında ermənilər və ruslarla birlikdədirlər demək ki...".

QAZİLER.AZ

Diaspora