Azərbaycanın bəzi yerlərində leysan yağacaq

Azərbaycanın bəzi yerlərində leysan yağacaq backend

Bakıda havanın maksimal temperaturu 29 dərəcə isti olacaq, rayonlarda isə leysan yağacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, fasiələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Diaspora