Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra 67 yaşında dünyasını dəyişib.
Qaziler.az xəbər verir ki, aktyorla vida mərasiminin Akademik Milli Dram Teatrında keçiriləcəyi bildirilsə də, sonradan məkan dəyişib. Sənət dostları mərhumla vidalaşmaq üçün onun evinə yığışıb. Bu isə narazılığa səbəb olub.
Bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu öz etirazını bildirib. O, bununla bağlı öz feysbuk hesabında paylaşım edib.
"Xalq Artisti, tanınmış aktyor Ramiz Novruza qarşı edilən hərəkət çox pis haldı! Ayıb olan işdir! Və nəhayət ədəbsizlikdir, tərbiyəsizlikdir! Mədəniyyət nazirliyi, bu işə dəxli olan məmurlar mütləq müəyyənləşdirilib cəzalandırılmalıdır! Bu barədə fikirlərimi, Ramiz Novruzla bağlı maraqlı bir xatirəmi yazacam, inşallah", - deyə o, bildirib.
QAZİLER.AZ