Zaxarova Bakını niyə bu məsələyə qatdı?

Zaxarova Bakını niyə bu məsələyə qatdı? backend

Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Ermənistanda Avropa missiyasının fəaliyyətə başlamasına sərt əks münasibət bildirərkən çox maraqlıdır ki, rəsmi Bakının da adını çəkdi.

"Avropanın bu təşəbbüsləri barədə rəsmi Bakının neqativ qiymətləndirmələrini də rədd edirlər".

Zaxarova Avropanın təşəbbüsləri deyəndə onun Ermənistanda möhkəmlənmək və Rusiyanı sıxışdırmaq siyasətini nəzərdə tutur. Rəsmi Bakını niyə bura qatıb?

Rusiyanın düşmən saydığı Avropa Birliyini bölgədə hərbi iştiraka cəlb edən Bakı deyil axı, bunu edən Ermənistandır, Rusiyanın strateji müttəfiq dediyi ölkədir. Nə baş verir?

Siyasi şərhçi Aydın Quliyev

QAZİLER.AZ

Diaspora