Daha 55 dərmanın qiymətləri tənzimlənəcək

Daha 55 dərmanın qiymətləri tənzimlənəcək backend

"Növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunub, məlumatlar araşdırılır".


Lent.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyəndirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif (qiymət) Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur: "Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq".

Nazir qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mərhələlərlə həyata keçirilir. İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin siyahısından 25 təsiredici maddə seçilmiş və Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilmiş iclasında 256, avqustun 25-də keçirilmiş iclasında isə daha 801 dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, indiyədək 25 təsiredici maddə üzrə proses başa çatdırılmış və 1057 dərman vasitəsinin qiymətləri təsdiqlənib. Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri hazırda satışda olan həmin dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsində 2 dəfədən çox, 24 faiz dərman vasitəsində 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.
Diaspora