Rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi qadağan edildi! - RƏSMİ

Rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişi qadağan edildi! - RƏSMİ backend

Sentyabrın 15-dən səhər saat 7:00-dan başlayaraq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağandır.

APA TV-nin məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib.

Rayon qeydiyyatında olan avtomobillər gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qadağa müəyyən edilmiş saatlarda yük və minik avtomobillərinin şəhərə girişi ilə bağlıdır, gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakıya daxil olan rayon qeydiyyatında olan minik avtomobillərinin şəhər içərisində hərəkətinə isə qadağa qoyulmayıb. Yəni, rayon qeydiyyatında olan minik avtomobilləri gün ərzində paytaxtda sərbəst hərəkət edə biləcək.


Diaspora