Bu haqda Vahid Hacıyev məlumat verib
Bildiyimiz artıq Zəngilan rayonunda sakinlərin köçürülməsi təmin olunub. Dövlət tərəfindən onların yaşayışı üçün bütün mümkün şərait yaradılıb və bu gün onların heç bir problemi yoxdur.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Sakinlərin problemləri ilə mütəmadi maraqlandıqlarını diqqətə çatdıran Vahid Hacıyev məskunlaşma aparılan hər bir məkanda müəyyən çətinliklərin olduğunu təbii adlandırıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin də öz çətinlikləri var. “Amma bizim yaşadığımız Ağalı kəndində bütün xidmət strukturları mövcuddur, dövlət strukturlarına əlçatanlıq vardır. İnsanların istifadə edə biləcəyi bütün xidmətlər mövcuddur. Bütün xidmət növləri Ağalı kəndində yaradılıb. Ərazidə məskunlaşan insanların məşğulluğu da təmin edilib”, - deyə V.Hacıyev vurğulayıb.