Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
"Report"un Qərb bürosunun məlumatına görə, müvafiq sərəncamı ilə Həsənov Şamxal Məhərrəm oğlu icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bundan öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışıb.