Azərbaycandan zəlzələdən zərərçəkənlərə göndərilən yardımlar duyğulandırır - Türkiyə KİV

Azərbaycandan zəlzələdən zərərçəkənlərə göndərilən yardımlar duyğulandırır - Türkiyə KİV backend

Azərbaycandan “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən  Malatyaya göndərilən yardıma əlavə edilən qeydlər ürəkləri riqqətə gətirir.

Xəbər verdiyimiz kimi, Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ 10 əyaləti əhatə edib.

Həmin vilayətlərdən biri də Malatya idi.

Minlərlə insanın öldüyü şəhərdə dağıntı işləri davam edərkən, müxtəlif ölkə və şəhərlərdən göndərilən yardımlar gəlməkdə davam edir.


Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu çərçivədə Azərbaycandan göndərilən paltar, yemək və ədyal kimi materialların olduğu yük maşını Malatyaya çatıb.

Şəhərdəki bir məktəbin anbarında yerləşdirilən və çeşidlənən materiallarda emosional qeydlər, vafli və məktublar, pullar aşkar edilib.

Paltarın üzərinə əlavə edilən qeyddə "Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, evə qayıdacaqsınız. Allah sizi qorusun" - sözləri yazılıb...

Belə məktublar çoxdur:

 

Diaspora