Bakıda avtomobil oğurluğu ilə məşğul olan şəxlər zərərsizləşdirilib. QAZİLƏR.AZ saytının Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Ramin Abdulhəsənova məxsus “Mercedes” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Pərviz Əliyev, Kənan Yusifov və Abşeron rayon sakini Anar Abbasov tutulublar.
Onların ətrafında aparılmış əməliyyat tədbirləri ilə qaçırılmış avtomobili Mingəçevir şəhər sakini Ramiz Rəhimova 4000 manata satmaları da müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.