Türkiyənin Antakya şəhərində 8 gün dağıntılar altında qalan Serap Dönmez böyük mübarizə nəticəsində xilas edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, xilas edilən Serap Dönməzin oğlu “ana” deyə qışqıraraq ağlamağa başlayıb.
Zəlzələdən zərər çəkmiş ərazilərdə işlər 8-ci gündə də davam edir.
Dağıntılar altında ölən vətəndaşların sayı 30 mini keçərkən, könüllərə su səpən xəbərlər də gəlir.
Möcüzə xəbəri bu dəfə Hataydan gəlib.
Burada yaşlı qadın 176-cı saatda dağıntılar altından sağ-salamat çıxarılıb.
Xilasetmə işlərinə qatılan qruplar sevinc göz yaşları tökdü.
QAZİLER,AZ bu möcüzənin görüntüsünü təqdim edir: