Vakant dövlət qulluğuna qəbul üçün test imtahanları başlayır

Vakant dövlət qulluğuna qəbul üçün test imtahanları başlayır backend

Avqustun 6-da Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması sentyabrın 4-də başa çatıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Lent.az-a verilən məlumata görə, müsabiqə üzrə 781 nəfər qeydiyyatdan keçib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə elan edilmiş müsabiqədə ən çox namizədin qeydə alındığı vəzifə Qəbələ regional “ASAN xidmət” mərkəzində, Səyyar xidmətin təşkili sektorunda böyük məsləhətçi (298 namizəd), ən az namizədin qeydə alındığı vəzifə isə Bərdə regional "ASAN xidmət" mərkəzində, Vətəndaşların hüquqlarının təminatı sektorunda böyük məsləhətçi (6 namizəd) olub.

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsi 16 sentyabrdan başlayır.
Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdiriləcək.
Diaspora