"Əgər Azərbaycanda Türkiyəyə yardım üçün toplanılan əşyalar ehtiyacdan çoxdursa və ya Türkiyə rəsmi qurumlarının elan etdiyi kriteriyalara uyğun deyilsə, iki addımı paralel atmaq olar".
Qaziler.az xəbər verir ki, bu təkliflə politoloq Nazim Cəfərsov sosial şəbəkədə paylaşım edib. O, artıq toplanan humanitar yardım üçün aşağıdakı təkliflərini qeyd edib:
"Birinci, Azərbaycan dövləti bu yardımları bir yük təyyarəsinə yığıb Suriya dövlətinə və ya zəlzələ bölgəsi Türkiyəyə, ya da Rusiyanın nəzarət bölgəsində onlarla əlaqəli şəkildə ora göndərə bilər. Orada bu cür əşyalara ciddi ehtiyac var, məncə!
İkincisi, Azərbaycanda ehtiyacı olanlara rəsmi qurumlar və QHT tərəfindən təcili müəyyənləşdirilərək çatdırıla bilər. Bizim ölkəmizdə də ehtiyaci olanlar vardır, məncə".
QAZİLER.AZ