Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.
Qaziler.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.
Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.
