Azərbaycanlılarla ermənilər arasında dava: bir azərbaycanlı öldürüldü

Azərbaycanlılarla ermənilər arasında dava: bir azərbaycanlı öldürüldü backend

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə sentyabrın 13-də gecə Volqoqradın Kiyevski rayonunda yerləşən "Bariton" karaoke-barında baş verib.

Dava zamanı karaoke-barın sahibinin oğlu, milləyyətcə erməni olan şəxsin ov silahından açdığı atəş nəticəsində azərbaycanlı, əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu yaralanıb.

Eduardın dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu öz maşınlarında xəstəxanaya aparıblar. Lakin insident yolda da davam edib. Belə ki, davanın iştirakçısı olan şəxslər 4 avtomobildə yaralını aparan avtomobili təqib edərək atəş açıblar.

Dostları boyun nahiyəsindən ağır yaralanan Eduardı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hüquq-mühafizə orqanları qətl hadisəsini törətməkdə şübhəli bilinən 34 yaşlı ermənini saxlayıblar.

***

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə "Bloknot Volqoqrad" saytının yaydığı xəbərdə bildirilir.

Qeyd olunur ki, sentyabrın 13-də Volqoqradda yerləşən "Bariton" karaoke-barında müştərilər arasında mübahisə düşüb. Nəticədə bar sahibinin oğlu ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfəri yaralayıb.

Yaralının dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu xəstəxanaya aparıblar. Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar.
Diaspora