Türkiyə yardım göndərən ölkələrin siyahısını paylaşdı: Azərbaycan BİRİNCİDİR

Türkiyə yardım göndərən ölkələrin siyahısını paylaşdı:  Azərbaycan BİRİNCİDİR backend

Türkiyədə yaşanan təbii fəlakətdən sonra dünyanın hər bir yerində ölkəyə yardımlar davam edir. 10 vilayətdə baş verən zəlzələ zamanı zərərçəkənlərə kömək etmək üçün axtarış-xilasetmə qrupu göndərən, maddi yardımlarla Türkiyəyə əl uzadan ölkələrin sayı hər gün daha da artır.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Türkiyə mediası bu çətin gündə ona yardım edən ölkələrin siyahısını paylaşıb. Qeyd edilib ki, Azərbaycan zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupu göndərən ilk ölkə olub. Belə ki, Azərbaycan axtarış xilasetmə işlərinə 34-ü səhiyyə işçisi olmaqla 725 nəfəri cəlb edib.

Avropa Birliyi ölkələrindən 23-ü Türkiyəyə yardımlar göndərib. Bu, 1500 zabit heyəti və 100 ədəd axtarış-xilasetmə itləridir.

Ukrayna da Türkiyəyə dəstək üçün 87 nəfərlik qrup, 18 maşın və 10 it göndərib.

Tayvan isə axtarış işlərinə dəstək məqsədi ilə 44 nəfərlik qrupunu Türkiyəyə yollayıb.

Qırğızıstan Respublikası 63, Qazaxıstan 60, Gürcüstan  isə 40 nəfərlik axtarış qrupu göndərib.

Albaniya Müdafiə Nazirliyi isə 63 nəfərlik heyətlə Türkiyəyə dəstək olub.

Polşa 76 nəfərlik xilasetmə qrupunu göndərsə də, daha 52 nəfərlik həkim briqadası göndərəcəyini bildirib.

ABŞ Nəqliyyat Komandanlığı (USTRANSCOM), ABŞ Avropa Komandanlığı (USEUCOM) və ABŞ Avropa Hava Qüvvələri (USAFE) 159 USAR personalı, 12 hərbi it və təxminən 77 tonluq xüsusi texnika daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki C-17 Globemaster III təyyarəsi İncirlik Hərbi Bazasına eniş edib.

Zəlzələ bölgəsində Hindistana məxsus 201 nəfərlik heyət var. Onlardan 102 nəfəri axtarış-xilasetmə dəstəsində, 99-u isə həkim briqadasında çalışır. Daha 50 nəfərlik axtarış-xilasetmə qrupunun göndəriləcəyi qeyd edilib.

Pakistandan 52 nəfərlik axtarış-xilasetmə qrupu Türkiyəyə gəlib. Pakistanın Türkiyəyə göndərdiyi yardımda çadır, yorğan və əsas ehtiyaclar da yer alıb.

Ermənistan rəhbərliyi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə 57 nəfərlik heyət göndərib.

Cənubi Koreyadan göndərilən ümumi heyətin sayı isə 118 nəfərdir.

Rusiya prezidenti Putinin Türkiyəyə göndərdiyi mütəxəssilərin sayı 150 nəfəri keçib.

Çin fəlakətlə mübarizəyə dəstək olmaq üçün Türkiyəyə 82 nəfərlik qrup göndərib.

İsrail fevralın 7-dən bu günə kimi 167 nəfərlik heyət, axtarış-xilasetmə itləri və ehtiyac duyulan 16 ton təcili yardım vasitələri göndərib. Bununla yanaşı, İsrail zəlzələ bölgələrində səhra xəstəxanası qurmaq üçün əraziyə axtarış-xilasetmə qrupları, həkimlər, tibb bacılarından ibarət 230 nəfərlik təcili tibbi yardım qrupu və yüzlərlə insanı daşıyacaq 15 ədəd İsrail hərbi yük təyyarəsi göndərib.

Belarusdan 32 nəfərlik, Tunisdən 41 (14 tonluq tibbi yardım və 4 it), Əlcəzairdən 89 nəfərlik, Küvetdən 46, Monqolustandan 35, Venesuelladan 50 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib.

Əvvəlcə 18 nəfərlik heyət göndərəcəyini bildirən Yaponiya 55 nəfərlik qrupunun sabah gələcəyini qeyd edib.

Tacikistandan da 50 nəfəərdən ibarət qrupun və 1 cərrahın sabah Türkiyəyə gedəcəyi gözlənilir.  Bundan başqa, Tacikistandan Türkiyəyə 25 ton humanitar yardımın göndəriləcəyi diqqətə çatdırılıb.

Bu axşam Macarsıtandan 156 macar mütəxəssisin və 28 itin zəlzələ bölgələrinə göndəriləcəyi deyilib.

Avstraliya da Türkiyəyə dəstək məqsədi ilə uzman qruplar göndərəcəyini bildirib.

QAZİLER.AZ

Diaspora